AZ

Yer kürəsi ilə bağlı təsəvvürlər dəyişə bilər

ain.az bildirir, Reyting.az portalına istinadən.

Alimlər Yer kürəsinin yaranması ilə bağlı yeni iddia irəli sürüblər. Kopenhagen Universitetinin astronomları Yer kürəsini formalaşdıran maddənin mənşəyi barədə alternativ elmi ssenari təqdim ediblər.

Reyting.az xəbər verir ki, tədqiqatçıların fikrincə, dəfələrlə baş vermiş supernova partlayışları nəticəsində yaranan elementlər Günəş sisteminə əsasən toz halında deyil, buz hissəcikləri vasitəsilə daxil olub.

Alimlərin sözlərinə görə, aparılan araşdırmaların yanlış nəticə vermə ehtimalı demək olar ki, minimumdur.

Tədqiqatçılar bildirirlər ki, əldə olunan son elmi nəticələr supernovalarda əmələ gələn nadir Zr-96 izotopunun meteoritlərdə “sulu” fraksiyada min dəfələrlə daha çox aşkar edilməsi ilə əsaslandırılır.

Yeni modelə əsasən, Günəşə yaxın ərazilərdə buzun buxarlanması daxili planetlərin, o cümlədən Yerin bəzi “ulduz mənşəli” izotopları itirməsinə səbəb olub.

Araşdırma, həmçinin Yerin iri protplanetlərin toqquşması nəticəsində formalaşması nəzəriyyəsini şübhə altına alır və planetin xırda buzlu hissəciklərdən yarandığını izah edən “çınqıl akresiyası” modelini daha uyğun hesab edir.

Alimlərin qənaətinə görə, əgər əldə olunan nəticələr gələcək tədqiqatlarla da təsdiqlənsə, Günəş sisteminin erkən tarixi ilə bağlı mövcud elmi təsəvvürlər yenidən nəzərdən keçirilə bilər və Yer kürəsinin tədricən buzlu hissəciklərdən formalaşması təkzibedilməz elmi fakt kimi qəbul olunar.

Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
108
reyting.az

1Mənbələr