"Zenit" və Qazaxıstan millisinin müdafiəçisi Rusiya Kubokundakı göstəricisinə görə lider olub.
Fanat.Az xəbər verir ki, orta asiyalı futbolçu Risiya kubokunda bu il hamıdan çox meydanda olub.
O, 2025-ci ildəki kubok matçlarında 957 dəqiqə meydanda mübarizə aparıb.
Məlumatı turnirin mətbuat xidməti yayıb.

Qeyd etmək lazımdır ki, müdafiəçi bu mövsüm "Zenit"in heyətində bütün turnirlərdə 19 oyun keçirib və bir qol vurub.
Sankt-Peterburq komandası Rusiya Premyer Liqasında "Krasnodar"dan bir xal geridə, ikinci yerdə qərarlaşıb.