ABŞ Prezidenti Donald Tramp çıxışı zamanı Amerika ordusunu dünyanın ən güclü silahlı qüvvəsi kimi xarakterizə edib.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, onun sözlərini TASS agentliyi yayıb.
Tramp bildirib ki, hazırda ABŞ-nin ordusu qlobal miqyasda bənzəri olmayan gücə malikdir. Prezidentin sözlərinə görə, o, 10 ay ərzində səkkiz münaqişənin nizamlanmasına nail olub və Amerika hərbi gücünü yenidən bərpa edib.
Ağ Evin rəhbəri qeyd edib ki, bu müddət ərzində Qəzza sektorunda müharibənin başa çatdırılmasına da töhfə verilib. Tramp, həmçinin girovların qarşılıqlı şəkildə azad olunmasına nail olunduğunu vurğulayıb.
ABŞ prezidenti əlavə edib ki, Milad bayramı ərəfəsində, dekabrın 25-də ABŞ-nin yaranma günü münasibətilə 1,45 milyon hərbi qulluqçuya 1776 dollar məbləğində hərbi mükafat veriləcək. Onun sözlərinə görə, cari ildə ABŞ ordusuna qəbul üzrə rekord göstərici qeydə alınıb, halbuki ötən il bu sahədə ölkə tarixinin ən zəif nəticələrindən biri müşahidə olunmuşdu.
Nuriyyə NATİQQIZI