Yerli innovasiya ekosisteminin inkişafı və təşviqi, dövlət xidmətlərinin innovativ formada göstərilməsi istiqamətində “ASAN Xidmət” modelinin beynəlxalq miqyasda təşviqinə yönəlik xidmətlərə 1 497 567 AZN xərclənəcək.
Pravda.az-ın xəbərinə görə, sifarişçi “İnnovasiyalar Mərkəzi” MMC-dir.
Xidməti isə “Admedia.az” MMC göstərəcək.
Tərəflər arasında müqavilə bağlanıb. Buraya ofe breyk təşkili, səhər yeməklərinin təşkili, çöl reklamı, tədbirlərin yayımı xidməti, məkan icarəsi, baner, video çəkiliş və s. daxildir.
Cabir
Tarix: 18 Dekabr 2025, 09:04