Bakı. Trend:
İşğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində2025-ci il 17 dekabr tarixində saat 22:00 radələrində mina hadisəsibaş verib.
Trend xəbər verir ki, bu barədəAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi, BaşProkurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) MətbuatXidmətlərinin birgə məlumatında deyilir.
Qeyd edilir ki, 1982-ci il təvəllüdlü Sarıcalı kənd sakiniMəmmədov Qədir Malik oğlu keçmiş təmas xəttində minalardantəmizlənməmiş ərazidə traktorla yer şumlayarkən tank əleyhinə minapartlayışı nəticəsində xəsarət alıb.
Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırmaaparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşlarıtəhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsiişarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqlarıərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərəmüdaxilə etməməyə çağırır!