AZ

Timsah 10 yaşlı oğlana hücum ETDİ

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İndoneziyada timsahın hücumu nəticəsində 10 yaşlı oğlan çayda yoxa çıxıb.

Redaktor.az bu barədə "VOİ" nəşrinə istinadla məlumat verir.

Hadisə Afan adlı oğlan İnqqoi çayında çimərkən baş verib. Məlumata görə, qəfil timsah suyun üzərinə çıxaraq uşağı tutub və onu suyun altına aparıb. Hadisəni görən şəxslər dərhal xilasedicilərə məlumat veriblər.

Xilasedicilər hadisə yerinə baxış keçirib və sahil boyunca axtarışlara başlayıblar. Eyni zamanda, şişmə qayıqlarla çayda axtarışlar aparılıb. Ətraf kəndlərin sakinləri də ənənəvi uzun qayıqlarla əməliyyata qoşulublar.

Axtarış işləri hadisə yerinin yaxınlığında ikinci timsahın görüldüyü barədə məlumatlar səbəbindən xüsusi ehtiyat tədbirləri ilə davam etdirilir. Əməliyyata yerli timsah ovçuları da cəlb olunub.

Hazırda 10 yaşlı Afanın taleyi barədə rəsmi məlumat yoxdur, axtarış-xilasetmə işləri davam etdirilir.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
104
1
redaktor.az

2Mənbələr