AZ

Tramp ABŞ-ni dünyanın ən qüdrətli orsdusuna sahib olan ən güclü ölkəsi adlandırıb

Prezident ilk ilinin yekunlarını Ağ evdən etdiyi müraciətdə açıqlayıb, əsas tənqid hədəfi Bayden administrasiyası olub...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp prezident postunda keçirdiyi ilk ilin yekunları ilə bağlı Ağ evdən xüsusi müraciətlə çıxış edib. Çıxışı zamanı Tramp ABŞ-ni dünyanın ən güclü ordusuna malik və “ən sərin ölkə” kimi xarakterizə edib, administrasiyasının ölkəni əvvəlkindən daha güclü və təsirli mövqeyə gətirdiyini vurğulayıb.

Prezident müraciətində diqqətçəkən məqamlardan biri Ukrayna ilə bağlı nizamlanma prosesinə və Venesuela ətrafında yaranmış gərginliyə toxunmaması olub. Bunun əvəzində Tramp ölkə daxilində mövcud olan problemlərin əsas səbəbi kimi əvvəlki prezident Co Baydenin rəhbərlik etdiyi administrasiyanı göstərib.

Onun sözlərinə görə, iqtisadi çətinliklər, sosial gərginlik və bir sıra struktur problemlər məhz Bayden dövründə yol verilən səhvlərin nəticəsidir. Tramp bildirib ki, hazırkı administrasiya bu “mənfi irsi” aradan qaldırmaq və ABŞ-ni yenidən qlobal lider mövqeyinə çıxarmaq üçün sistemli addımlar atır.

ABŞ prezidenti çıxışında Silahlı Qüvvələrin gücləndirilməsinə, milli təhlükəsizliyin möhkəmləndirilməsinə və ölkənin beynəlxalq arenadakı təsir imkanlarının artırılmasına xüsusi önəm verdiklərini qeyd edib. Onun fikrincə, məhz bu siyasət ABŞ-ni dünyada ən güclü hərbi potensiala malik dövlətə çevirib.

Trampın müraciəti əsasən daxili auditoriyaya hesablanmış siyasi mesajlar və əvvəlki administrasiyaya yönəlmiş sərt tənqidlərlə yadda qalıb.

Poliqon.info

Seçilən
79
poliqon.info

1Mənbələr