AZ

ABŞ Sakit okeanda narkotik daşıyan gəmiyə zərbə endirdi: Ölənlər var

BAKI, 18 dekabr. TELEQRAF

ABŞ Silahlı Qüvvələri 17 dekabrda Sakit okeanın şərq hissəsində narkotik daşıdığı iddia edilən gəmiyə zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.

Açıqlamada bildirilir ki, kəşfiyyat məlumatlarına əsasən, gəmi narkotik qaçaqmalçılığı üçün istifadə olunan tanınmış marşrut üzrə hərəkət edib. Zərbə nəticəsində dörd nəfər ölənlər var. ABŞ hərbçiləri arasında itki qeydə alınmayıb.

Məlumata görə, “Cənub nizəsi” əməliyyatı çərçivəsində zərbə ABŞ-nin müdafiə naziri Pit Heqsetin göstərişi ilə həyata keçirilib.

Seçilən
129
teleqraf.com

1Mənbələr