Məşhur bloqerin uşağı “suda doğuş” zamanı ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə “Shot” Teleqram kanalı məlumat yayıb. Şişmə hovuzda doğulan körpə bir saat sonra ölüb, doğuşu qəbul edən qadın saxlanılıb.
Məlumata görə, tanınmış rusiyalı bloqer (TikTok-da 1,4 milyon izləyicisi var) Ayşa Belova evdə, şişmə hovuzda doğuş edib. Onu qəbul edən qadın saxlanılıb.
Bildirilir ki, körpə dünyaya gəldikdən sonra təxminən yarım saat suyun içində qalıb. Doğuşdan bir saat sonra isə uşaq nəfəs almağı dayandırıb. Həkimlər körpəni reanimasiya edə bilməyib və o, vəfat edib.
İstintaqın versiyasına görə, doğuşu qəbul edən qadın tibb işçisi deyil, onun ali tibb təhsili, eləcə də “Mamaçalıq və ginekologiya” ixtisası üzrə kvalifikasiyası yoxdur. O, sadəcə doğuşa kömək etmək bacarıqlarına malik olduğunu iddia edərək bu xidməti göstərməyə söz veribmiş.
Faktla bağlı qadına qarşı “Qanunsuz tibbi fəaliyyətlə məşğul olma” və “Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi” maddələri ilə cinayət işi açılıb.
Xatırladaq ki, bloqer “suda doğuş” üsulu ilə evdə, şişmə hovuzda doğub. Körpə doğuşdan bir saat sonra ölüb, Ayşa özü isə xəstəxanaya yerləşdirilib.
Xuraman Etibarlı
İnterpress.az