UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində "Qarabağ"ın Bakıda "Çelsi"yə qarşı keçirdiyi matçda zədələnən braziliyalı yarımmüdafiəçi Kadinin sıraya nə vaxt dönəcəyi futbolsevərləri maraqlandıran mövzulardandır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 8-10 həftə müddətinə sıradan çıxdığı açıqlanan, adı ÇL-in iştirak ərizəsindən çıxarılan oyunçunun yanvarın ikinci yarısında məşqlərə başlayacağı gözlənilir.
Hazırda həkim nəzarətində olan cənubi amerikalı müəyyən təmrinlərlə kifayətlənir. Onun "köhlənlər"in forması ilə ən yaxşı halda, fevralda meydana çıxacağı proqnizlaşdırılır.
Xatırladaq ki, "Qarabağ" ÇL-də növbəti matçını yanvarın 21-də "Ayntraxt"a qarşı keçirəcək. 6 oyuna 7 xal toplayan Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsinə yüksəlmək şansını saxlayır.
Nihat