Neft gəmilərinin hərbi müşayiəti ABŞ ilə qarşıdurma riskini artırır...
Poliqon xəbər verir ki, Venesuela hökuməti ABŞ Prezidenti Donald Trampın ölkənin neft tankerlərini bloklamaq göstərişindən sonra öz hərbi-dəniz qüvvələrinə neft məhsulları daşıyan gəmiləri müşayiət etməyi əmr edib. Mənbələrə görə, bir neçə gəmi artıq ölkənin şərq sahilindən hərbi eskort müşayiəti ilə yola düşüb.
Xəbərdə vurğulanır ki, bu gəmilər neft məhsulları daşıyır, lakin ABŞ sanksiyaları siyahısına daxil deyil, bu səbəbdən onların bloklanıb-bloklanmayacağı hələ dəqiqləşməyib. Lakin “New York Times” nəşri hesab edir ki, Venesuelanın bu qərarı ABŞ-la mümkün qarşıdurma riskini artırır.
Habelə, anonim qalmaq şərti ilə danışan bir ABŞ rəsmi nümayəndəsi jurnalistlərə bildirib ki, Vaşinqton gəmilərin hərbi müşayiətini nəzərə alır və “müxtəlif hərəkət variantlarını” nəzərdən keçirir. Analitiklərin fikrincə, bu addım Venesuelanın neft nəqliyyatını qorumaq strategiyasının bir hissəsi olsa da, regionda gərginliyin artmasına və diplomatik gərginliyin dərinləşməsinə səbəb ola bilər.
Poliqon.info