AZ

ABŞ və Rusiya Mayamidə yeni danışıqlar aparacaq

Görüşün həftəsonu keçirilməsi planlaşdırılır və tərkib artıq məlumdur...

Poliqon xəbər verir ki, ABŞRusiya nümayəndə heyətləri bu həftəsonu Mayami şəhərində yeni danışıqlar aparmağı planlaşdırır. Politico nəşrinin vəziyyətlə tanış mənbələrə istinadən verdiyi məlumata görə, Rusiya nümayəndə heyətinin tərkibinə Rusiya Birbaşa İnvestisiya Fondunun (RBİF) rəhbəri Kirill Dmitriyev daxil olacaq.

Amerika tərəfini isə Tramp administrasiyasının xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner təmsil edəcək. Məlumata görə, danışıqların gündəliyində təhlükəsizlik və ərazi məsələləri üzrə texniki detalların müzakirəsi mühüm yer tutur.

Vaşinqton həmçinin yaxın vaxtlarda ABŞ ərazisində Ukraynanı dəstəkləyən hərbi rəsmilərdən ibarət qrupun toplanacağını bəyan edib. Bu görüşlərin məqsədi təhlükəsizlik və ərazi ilə bağlı məsələlər üzrə əlavə texniki mexanizmlərin işlənib hazırlanmasıdır.

Nəşrin qeyd etdiyinə görə, ABŞRusiya arasında Mayamidə keçiriləcək danışıqlar, ehtimal ki, ayrıca formatda baş tutacaq və digər məsləhətləşmələrdən müstəqil xarakter daşıyacaq.

Mənbənin sözlərinə görə, Ukraynanın milli təhlükəsizlik üzrə müşaviri Rustem Umerovun da ABŞRusiya görüşü ərəfəsində Amerika nümayəndə heyəti ilə görüşü gözlənilir. Bununla belə, hazırda bu planlar yekunlaşmayıb və qeyri-müəyyən olaraq qalır.

Poliqon.info

Seçilən
112
poliqon.info

1Mənbələr