"Brentford"un ulduz futbolçusu İqor Tiaqo üçün böyük maraq var.
Fanat.Az xəbər verir ki, "Vest Hem Yunayted", "Aston Villa" və "Tottenhem" klubları 24 yaşlı braziliyalı hücumçu ilə transfer müqaviləsi bağlamaq üçün bir-biri ilə yarışır.
Bu barədə məlumatı məşhur idman nəşri "365 Scores" yayıb. "Brentford" klubunun, İqor Tiaqo üçün 70 milyon avro tələb etdiyi bildirilir.
Həmçinin, futbolçunun hazırkı müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.
Qeyd edək ki, İqor bu mövsüm çıxış etdiyi 16 matçda 11 qolla yadda qalmağı bacarıb.
Kamil Xudiyev