AZ

"Bu, həm bizə, həm də futbolçularımıza dərs oldu" - "Zaqatala"nın baş məşqçisi

1-ci Liqanın 11-ci turunda MOİK-i qəbul edən "Zaqatala" 1:3 hesabı ilə məğlub oldu.

Meydan sahiblərinin baş məşqçisi Rüstəm Məmmədov oyundan sonra fikirlərini Fanat.Az-a bölüşdü:

"İlk yarıda rəqib bizdən üstün oynadı. Təkbətək mübarizələrdə onların futbolçuları daha yaxşı təsir bağışlayırdı. İndi emisionalam, yenilginin dəqiq səbəblərini oyunu təhlil edəndən sonra müəyyənləşdirəcəyik. Amma mənə elə gəlir ki, ötən tur lider "Şəfa" ilə səfər heç-heçəsindən sonra futbolçularımızda bir qədər arxayınlıq yaranmışdı. Yəqin ki, bu matçın daha rahat keçəcəyini düşünürdülər. 

İkinci hissədə daha yaxşı oynadıq. İrəlidə təzyiq edən rəqib qısa ötürmələrlə hücuma çıxmağımıza mane olduğu üçün "uzun top"lardan istifadə etdik. Əslində, 1:2-dən sonra oyunu xilas etmək mümkün idi. Qol epizodları yaratdıq. Şübhəli məqamlar da oldu. Ola bilsin ki, penaltimiz verilmədi. MOİK fasilədən sonra əks-hücumlara üstünlük verdi. Uşaqlar ikinci yarıda daha yaxşı çalışdılar. Halbuki birinci hissədə rəqib bütün aspektlərdə üstün idi. Vaxtında toparlana bilmədik. MOİK-in futbolçuları matçın sonlarında vaxt aparır, bizim oyunçulara psixoloji təsir edirdilər. Uzatma dəqiqələrində daha bir qol buraxdıq. Bu, həm bizə, həm də futbolçularımıza dərs oldu. Məğlubiyyətdən nəticə çıxarmasaq, belə yenilgilər çox olacaq. Yersiz arxayınlığın qarşısını ala bilmədik".

Nihat

Seçilən
93
1
fanat.az

2Mənbələr