AZ

Vladimir Putin Avropa ilə “böyük müharibə” haqqında

Rusiya Prezidenti Vladimir Putin iddia edib ki, Avropada insanlar Rusiya ilə qaçılmaz toqquşma qorxusu ilə beyinlərini yuyurlar. Amma bu, yalan və tamamilə cəfəngiyatdır. Prezidentin sözlərinə görə, qlobal geosiyasi vəziyyət gərgin olaraq qalır və bəzi bölgələrdə “sadəcə kritik” hala gəlir.

NATO ölkələri hücum qüvvələrini fəal şəkildə qurur və modernləşdirir, kosmosda da daxil olmaqla yeni silah növləri hazırlayır və yerləşdirir. Deyirlər ki, böyük müharibəyə hazırlaşmaq lazımdır… Mən bunu dəfələrlə demişəm: bu, yalandır, tamamilə cəfəngiyatdır, Avropa ölkələrinə hansısa xəyali Rusiya təhdidi haqqında tamamilə cəfəngiyatdır. Və bu, qəsdən edilir”, – deyə Putin bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
99
editor.az

1Mənbələr