AZ

10 ildən çoxdur itkin düşən təyyarə tapıldı

“Air India” on ildən çoxdur itkin düşən təyyarənin tapıldığını açıqlayıb. Metbuat.az xəbər verir ki, şirkət “Boeing 737” sərnişin təyyarəsinin 2012-ci ildə Kolkata hava limanında unudulduğunu bəyan edib. Məlumata görə, “Boeing 737-200” təyyarəsi Kolkata hava limanının təyyarənin götürülməsi üçün “Air India” ilə əlaqə saxladığı zaman ortaya çıxıb. Bildirilir ki, təyyarə bu müddət ərzində hava limanında park edilib və nəticədə “Air India” üçün təxminən 85000 funt sterlinq park haqqı təyin edilib.

Məlumata görə, təyyarə Hindistanın poçt xidməti olan “India Post”a icarəyə verilib və istismardan çıxarılıb. Buna görə də bir çox rəsmi qeydlərdə yer almayıb. Bu vəziyyət təyyarənin mülkiyyətinin “Air India”ya strukturunda nəzərə alınmamasına və faktiki olaraq unudulmasına səbəb olub.

Seçilən
26
metbuat.az

1Mənbələr