"Bavariya" Çempionlar Liqasının "Sportinq" və "Arsenal"la matçları nəticəsində cəzalandırılıb.
90deqiqe.Az xəbər verir ki, Lissabon təmsilçisi ilə oyunda ictimai keçidlərin bloklanması və pirotexnika istifadəsinə görə stadionun müəyyən sektoru qismən bağlı olacaq və 46 min avro cərimə kəsilib. Cənub tribunası isə bir matç üçün şərti bağlanacaq (sınaq müddəti – iki il).
"Arsenal"la oyunda isə ictimai nizam-intizam qaydalarının pozulması, əşyaların atılması və qanunsuz bannerlər üçün 70 min avro cərimə tətbiq edilib.