Metbuat portalından alınan məlumata görə, ain.az xəbər verir.
Arktika tarixinin ən isti ili qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Milli Okean və Atmosfer Administrasiyası tərəfindən dərc edilən hesabatda qeyd edilib. Açıqlamada deyilir ki, Arktikada 1900-cü ildə qeydə alınmağa başlandığından bəri ən isti il müşahidə edilib. Alimlər bildirib ki, iqlim dəyişikliyinin yaratdığı bu vəziyyət buzlaqların əriməsindən qlobal hava dəyişikliklərinə qədər bir sıra dağıdıcı təsirlərə səbəb olur.
Məlumata görə, 2024-cü ilin oktyabr ayı ilə 2025-ci ilin sentyabr ayı arasında temperatur 1991-2020-ci illərin orta səviyyəsindən 1,60 dərəcə Selsi yuxarı qalxıb. Hesabatda qeyd olunur ki, bu dövr 1900-cü ildən bəri Arktikada ən isti payız, ikinci ən isti qış və üçüncü ən isti yay olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.