ain.az, Metbuat saytına istinadən bildirir.
“Liverpul”un hücumçusu Məhəmməd Salah “Qalatasaray”a keçə bilər. İstanbul klubu ulduz futbolçu üçün kisənin ağzını açıb.
Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, sarı-qırmızılılar Məhəmməd Salaha 20 milyon avro maaş təklif etməyə hazırlaşır. Türkiyə təmsilçisi bu pulla son vaxtlar ehtiyat oyunçular skamiyasında əyləşən futbolçunun “saqqızını oğurlayacağına” ümid edir.
Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm "Liverpul" forması ilə 20 oyun keçirib, beş qol və üç məhsuldar ötürmə ilə yadda qalıb. İngilis klubu ilə onun müqaviləsi 2027-ci ilin yayında tamamlanacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.