AZ

Türkiyə Rusiyadan üz çevirdi ABŞ ın F 35 ləri qalib gəldi

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Türkiyə ABŞ-la münasibətləri bərpa etmək və F-35 qırıcıları proqramına yenidən qoşulmaq məqsədilə Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemini geri qaytarmaq imkanını nəzərdən keçirir.

Globalinfo.az bildirir ki, Bloomberg agentliyinin məlumatına görə, bu məsələ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında Türkmənistanda keçirilən görüşdə müzakirə olunub.

Lakin Kremlin rəsmi nümayəndələri Rusiyaya belə bir müraciətin daxil olduğunu təkzib ediblər.

Donald Trampın yaxın müttəfiqi, ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak bildirib ki, Ankara S-400-dən imtina etməyə yaxındır və bu məsələyə dair qərar 4–6 ay ərzində verilə bilər. Mənbələrin fikrincə, Rusiya istehsalı olan bu sistemdən imtina edilməsi Türkiyənin müdafiə sənayesinə qarşı tətbiq olunan ABŞ sanksiyalarının aradan qaldırılmasına və F-35 proqramına qayıdış yolunun açılmasına səbəb olacaq.

Eyni zamanda Ankara S-400-ə xərclədiyi milyardlarla dolları geri qaytarmağa ümid edir. Bu vəsaitin bir hissəsinin Rusiya nefti və qazı üçün ödənişlərdən mümkün çıxılmalar hesabına kompensasiya ediləcəyi istisna deyil. Mənbələr vurğulayır ki, S-400-dən imtinanın Türkiyə üçün siyasi və diplomatik qazancı sistemin öz dəyərindən xeyli üstündür.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
124
globalinfo.az

1Mənbələr