AZ

ABŞ Senatı 2026-cı il üçün 900 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib

Bakı. Trend:

ABŞ Konqresinin yuxarı palatası çərşənbə günü 2026-cı il müdafiəbüdcəsi layihəsini təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə Amerika KİV-ləri xəbərverib.

Məlumata əsasən, sənədi 77 senator dəstəkləyib, 20 senator isəəleyhinə səs verib.

İndi qanun layihəsinin qüvvəyə minməsi üçün onu ABŞ prezidentiDonald Tramp imzalamalıdır.

ABŞ Nümayəndələr Palatası sənədi ötən həftə təsdiqləyib.

3000 səhifədən çox olan qanun layihəsinə əsasən, 2026-cı il üçünmüdafiə büdcəsi 900 milyard dollar təşkil edəcək. Qanun layihəsi,xüsusən də Ukraynaya 400 milyon dollar məbləğində hərbi yardımnəzərdə tutur.

Seçilən
109
2
az.trend.az

3Mənbələr