Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Britaniya Baş naziri "Çelsi" klubunu satmasından əldə etdiyi 2,5 milyardı Ukraynadakı humanitar məqsədlərə xəsrləməsini istəyir
Böyük Britaniya Roman Abramoviçin "Çelsi" klubunu satmasından əldə etdiyi 2,5 milyard funt sterlinqin Ukraynadakı humanitar məqsədlərə köçürülməsi üçün rəsmi olaraq təlimat verəcək. AYNA.AZ “The Guardian” qəzetinə istinadən bildirir ki, Britaniya Baş naziri Keir Starmer bunu İcmalar Palatasında çıxışında açıqlayıb.
Baş nazir bildirib ki, bu, Abramoviçin pulu Ukraynaya köçürmək üçün son şansıdır, əks halda milyarder məhkəməyə veriləcək.
Keir Starmer İcmalar Palatasında bildirib: "Abramoviçə mesajım budur: vaxt azalır, öhdəliyinizi yerinə yetirin və indi ödəyin. Əgər ödəməsəniz, hər qəpiyin Putinin qanunsuz müharibəsi nəticəsində həyatı məhv olanlara verilməsini təmin etmək üçün məhkəməyə müraciət etməyə hazırıq".
Rusiyalı milyarder Roman Abramoviç 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra Britaniya hökumətinin təzyiqi altında "Çelsi" klubunu satıb.
Abramoviç Britaniya hökumətindən gəlirin Ukraynadakı müharibə qurbanlarına dəstək olmaq şərti ilə "Çelsi" klubunu satmaq üçün icazə alıb. Klubun satışından əldə edilən gəlir Abramoviçin şirkəti “Fordstam” tərəfindən idarə olunan Böyük Britaniya bank hesabına yatırılıb.
Britaniya hökuməti əvvəllər rusiyalı oliqarx Roman Abramoviçi "Çelsi" futbol klubunun satışından əldə edilən 3,2 milyard dolların Ukraynadakı humanitar məqsədlərə köçürülməsi üçün məhkəməyə verə biləcəyini bildirmişdi.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.