AZ

Əzələləriniz 35 yaşdan sonra zəifləyir? -Bunları edin

İsveçin Karolinska İnstitutunun alimləri bildirir ki, fiziki dözümlülük, əzələ gücü və iş qabiliyyəti təxminən 35 yaşından etibarən tədricən azalmağa başlayır. Lakin hər yaşda fiziki aktivlik bu prosesin yavaşlamasına kömək edə bilər.

Redaktor.az xəbər verir ki, araşdırma "Journal of Cachexia, Sarcopenia and Muscle" (JCSM) jurnalında dərc olunub.

Tədqiqat Şveçdə aparılmış genişmiqyaslı fiziki aktivlik və bədən tərbiyəsi araşdırmasına əsaslanır. Burada yüzlərlə kişi və qadın, yeniyetməlik yaşlarından başlayaraq (16 yaş) 63 yaşa qədər izlənilib. Bu, eyni insanların fiziki formasının təxminən yarım əsr ərzində müntəzəm ölçüldüyü nadir araşdırmalardan biridir.

Nəticələr göstərir ki, aerob dözümlülük, əzələ gücü və davamlılığın azalması 35 yaşdan sonra başlayır və yaşla sürətlənir — bu, fiziki aktivlik səviyyəsindən asılı olmayaraq baş verir. Lakin idman və fiziki məşqlər bu azalmayı xeyli yumşaldır.

Xüsusilə vacib məqam odur ki, yetkinlik dövründə məşqlərə başlayan iştirakçılar fiziki göstəricilərini 5–10% yaxşılaşdırıblar. Bu isə göstərir ki, gec başlamaq belə faydalıdır.

Araşdırmanın aparıcı müəllifi, Karolinska İnstitutunun laboratoriya tibbi kafedrasının müəllimi Maria Vesterstol bildirib:

"Hərəkət etməyə başlamaq heç vaxt gec deyil. Tədqiqatımız göstərir ki, fiziki aktivlik fiziki qabiliyyətlərin azalmasını ləngidə bilər, hətta onu tam dayandıra bilməsə belə."

Xədicə BAXIŞLI 

Seçilən
75
1
redaktor.az

2Mənbələr