Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir . Bu "Dövlət rüsumu haqqında" qanuna ediləcək dəyişikliklərdə öz əksini tapacaq.
Xezerxeber.az-ın xəbərinə görə, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirir ki, bu gözlənilən addım idi.
Daşınmaz əmlakın qeydiyyatıyla bağlı aparılan əməliyyatlara görə rüsumlar da dəyişir.
Ramil Osmanlı onu da bildirdi ki, daşınmaz əmlakın qeydiyyatı zamanı dövlət rüsumları ilə yanaşı xidmət haqları da var. Ancaq xidmət haqlarından azad olunmaq bu qanun dəyişikliyində müzakirə mövzusu deyil.
Əmlak məsələləri üzrə ekspert qərarın qısa müddətdə qəbul olunacağının gözlənildiyini bildirdi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.