AZ

Bu yoldan istifadə edən sürücülər çaşqın haldadır AYNA dan AÇIQLAMA

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 111-ci kilometrliyində eyni xəbərdaredici nişanlardan iki ədəd ardıcıl yerləşdirilib ki, bu da bəzi sürücülərdə çaşqınlıq yaradır. 

Avtosfer.az “Baku.ws”ə istinadən xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, hazırda ölkənin magistral yollarında köhnə və istismar müddəti bitmiş nişanlar yenilənir:

"Yeni nişanlar yüksəkliyi, ölçüsü və işıqqaytarma qabiliyyəti baxımından standartlara cavab verir. Quraşdırma və köhnə nişanların götürülməsi işlərini fərqli qruplar həyata keçirdiyi üçün bəzi yerlərdə müvəqqəti olaraq nişanların təkrarlanması halları müşahidə olunur".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
7
avtosfer.az

8Mənbələr