GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Türkiyə ABŞ-la münasibətləri normallaşdırmaq və Amerikanın F-35 qırıcı təyyarələrini əldə etmək məqsədilə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini geri qaytarmaq variantını nəzərdən keçirir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentlik öz mənbələrinə istinadən yazır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı S-400 məsələsini gündəmə gətirib. Bu mövzu iki ölkə rəsmiləri arasında əvvəllər də müzakirə olunub.
Bildirilir ki, Ankara təxminən on il əvvəl Rusiyadan aldığı zenit-raket sistemlərinin qaytarılması yolu ilə ABŞ və NATO üzvləri ilə münasibətlərdə yaranmış gərginliyi aradan qaldırmağa çalışır.
Türkiyə hakimiyyətinin fikrincə, bu addım ölkənin F-35 proqramında iştirakının bərpasına və Amerika istehsalı olan qırıcı təyyarələrin alınmasına imkan yarada bilər.
Amerikalı jurnalistlərin yazdığına görə, S-400 məsələsi və Türkiyənin F-35 proqramına qayıtmaq istəyi sentyabr ayında Ərdoğanın ABŞ prezidenti Donald Trampla Ağ Evdə keçirdiyi görüşdə də müzakirə olunub.
Tahir Turan
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.