AZ

Ağstafada ata arvadını və azyaşlı uşaqlarını döyərək işgəncə verib? - Azyaşlılar DANIŞDIVİDEO

Ağstafada ata azyaşlı uşaqlarını döyüb, işgəncə verib, üstəlik elədiyi dırnaqarası qəhrəmanlığı həyat yoldaşına votsapla səsli mesaj vasitəsi ilə göndərib.

Xezerxeber.az xəbər verir ki, hadisə Ağstafa rayonunun Yeni gün kəndində olub. Uşaqların anası Günel Bayramova iddia edir ki, həyat yoldaşı kənd sakini 42 yaşlı Oruc Əliyev onunla aralarında olan davalara görə uşaqlarını da incidirmiş.

Sonuncu dəfə davadan sonra ata evinə gedən Günel Bayramova Oruc əliyev evdə olmayanda uşaqlarına baş çəkməyə gəlib. Bundan xəbər tutan ata da uşaqları anaları ilə görüşdüyü üçün döyüb, işgəncə verib.

Azyaşlılar da atalarının analarını və onları günlərlə müxtəlif əşyalarla döyüb, işgəncə verdiklərini bildiriblər. Onlar atalarının spirtli içki aludəçisi olduğunu da deyiblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
119
1
xezerxeber.az

2Mənbələr