AZ

Papa İsrail prezidenti Herzoqu sülh prosesində "qətiyyət" göstərməyə çağırışını təkrarladı



Vatikan dövlətinin başçısı Papa XIV Leo İsrail Prezidenti İsaak Herzoqu bölgədə davam edən müxtəlif sülh proseslərində əzmkarlıq göstərməyə çağırdı və humanitar yardım sahəsində səylərin gücləndirilməsinin vacibliyini vurğuladı.

Vatikanın Mətbuat Ofisindən verilən yazılı açıqlamada bildirilir ki, Papa Leo XIV ilə İsrail prezidenti Hersoq bu gün telefonla danışıblar.Bəyanatda qeyd olunur ki, Papa 14 dekabrda Avstraliyanın Sidney şəhərində baş verən terror aktı kontekstində antisemitizmi birmənalı şəkildə pisləyib.

Bəyanatda həmçinin Papa XIV Leonun Yaxın Şərqdəki sülh prosesinə toxunduğu və "Papa regionda davam edən müxtəlif sülh proseslərində əzmkarlığa çağırışını təkrarladı və humanitar yardım sahəsində səylərin gücləndirilməsinin və davam etdirilməsinin təcili olduğunu vurğuladı" deyilir.

aia.az
Tərcümə şöbəsi



Seçilən
35
aia.az

1Mənbələr