“San Antonio Spurs”un mərkəz oyunçusu Viktor Vembanyama baldırından aldığı zədə səbəbindən bu mövsüm NBA-da 12 oyun buraxıb.
Publika.az xəbər verir ki, basketbolçu “İlin Müdafiə Oyunçusu” mükafatına namizəd olmaq və NBA-nın “Ulduzlar komandası”na daxil olmaq üçün lazım olan 65 oyunu buraxmaq riski ilə üzləşib.
Ötən mövsüm Vembanyama sağ çiyninin damarlarında tromboz səbəbindən 46 oyun keçirib. Bu zədə onun mükafat qazanmaq şansını yenidən təhlükə altına qoyur və bununla da mümkün müqavilənin uzadılması ehtimalını da azaldır.