AZ

Gümrü merinin həbs müddəti uzadıldı

"İrəvanda məhkəmə Gümrü şəhərinin meri Vardan Qukasyanın həbs müddətini üç ay uzadıb".

Missiya.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu vəkil Zarui Postancyan məhkəmə iclasından sonra jurnalistlərə deyib.

Xatırladaq ki, Vardan Qukasyan "rüşvətalma" maddəsi ilə ittiham olunur, lakin o, günahını etiraf etmir.

Həmçinin İstintaq Komitəsi tərəfindən Qukasyan barəsində Rusiya ilə ittifaq yaratmaq zərurəti ilə bağlı bəyanatlarına görə yeni cinayət təqibi başladılıb. İndi o, Cinayət Məcəlləsinin "Ermənistan Respublikasının suverenliyindən imtinaya açıq çağırış" maddəsi ilə mühakimə olunur.

Seçilən
94
missiya.az

1Mənbələr