AZ

Müxtəlif ölkələrdə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

Türkiyənin İzmir, Misirin Əl-Qanatır Əl-Xeyriyyə və GürcüstanınRustavi şəhərlərində Azərbaycan xalqının Ümummilli Lideri HeydərƏliyevin əziz xatirəsi anılıb.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) ilə İzmirAzərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin təşkilatçılığı,Karşıyaka Bələdiyyəsinin dəstəyi ilə baş tutan anım tədbirindənəvvəl İzmir şəhərindəki parkda Ulu Öndərin büstü önünə gül çələngiqoyulub. Tədbir hər iki ölkənin Dövlət himnləri səsləndirilməsi,Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsininbir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə açılış nitqində UluÖndər Heydər Əliyevin dahi siyasətçi və güclü dövlət xadimiolduğunu qeyd edib, müasir və müstəqil Azərbaycanın əsaslarınınonun rəhbərliyi ilə qoyulduğunu vurğulayıb. İzmir AzərbaycanMədəniyyət və Həmrəylik Dərnəyi sədri Eşref Tuna, BilkentUniversitetinin müəllimi və Türkiyənin Azərbaycanlı AlimlərDərnəyinin sədri, professor Əmirullah Məmmədov, Dokuz EylülUniversitetinin müəllimi, professor Gülmira Kuroğlu, ManisaAzərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Qaffar Hangülçıxışlarında Ümummilli Liderin bütün türk dünyası üçün yol göstərənrəhbər olduğunu söyləyib, onun uzaqgörən siyasətindən danışıblar.Dahi Heydər Əliyevin siyasi mirası və Türk dünyasına qoyduğudəyərli töhfələr diqqətə çatdırılıb. Professor İsgəndər Əsgərov vətədbirin aparıcısı Roza İbadova Kocamaz Ulu Öndər Heydər Əliyevinsevdiyi Azərbaycan şeirlərini və mahnılarını səsləndiriblər.Tədbirin sonunda “Heydər Əliyev və Azərbaycan diasporu” sənədlifilmi nümayiş olunub.

Misirin Qalubiyyə vilayətinin Əl-Qanatır Əl-Xeyriyyə şəhərindəkiMisir-Azərbaycan Dostluq Parkında Azərbaycan xalqının ÜmummilliLideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.Tədbirdə Qalubiyyə vilayətinin qubernatoru Əymən Atiyyə,Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, Misirdəki Azərbaycanicmasının rəhbəri Seymur Nəsirov, eləcə də Əl-Qanatır Əl-Xeyriyyəşəhərinin meri Əbduləzim Səid, Azərbaycan icmasının üzvləri vəyerli mətbuat nümayəndələri iştirak ediblər. Ulu Öndərin əzizxatirəsinə ehtiram əlaməti olaraq heykəli önünə Qalubiyyəvilayətinin qubernatorluğu, Azərbaycan Səfirliyi və Azərbaycanicması adından əklillər qoyulub, gül dəstələri düzülüb. SonraMisir-Azərbaycan Dostluq Parkında yerləşən kitabxanada HeydərƏliyevə və Azərbaycana həsr edilən materiallarla tanışlıq olub.Səfir Elxan Poluxov Ümummilli Lider Heydər Əliyevin həyat vəfəaliyyəti haqqında danışıb, Misir-Azərbaycan Dostluq Parkındakıabidənin iki dövlət arasında dostluq münasibətlərinin şahidiolduğunu qeyd edib. O, Qalubiyyə qubernatorluğunun bu heykəlinqorunub saxlanmasında göstərdiyi səyləri yüksək qiymətləndirib.Qalubiyyə vilayətinin qubernatoru Əymən Atiyyə ölkələrimiz arasındaəməkdaşlığın yüksək səviyyədə olduğunu, əlaqələrin inkişafındaHeydər Əliyevin xüsusi rol oynadığını bildirib. Buna görə də onunMisirdə həmişə xoş xatirələrlə yad edildiyini vurğulayıb. O,Dostluq Parkında Azərbaycan mədəniyyətinin tanıdılmasına xidmətedəcək müxtəlif tədbirlərin təşkilinə dəstək verməyə hazır olduğunudiqqətə çatdırıb. Tədbir bir çox yerli mətbuat orqanlarında genişişıqlandırılıb.

Rustavidə fəaliyyət göstərən Gürcüstan AzərbaycanlılarınınTəhsil və Mədəniyyət Mərkəzinin müəllim və şagirdləri həmin şəhərdəyerləşən Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə güldəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Mərkəzin rəhbəriRaida Dərziyeva Ümummilli Liderin həyat və fəaliyyəti haqqındagənclərə ətraflı məlumat verib, Heydər Əliyevin ömrünü Azərbaycanxalqına, dövlətçiliyinə və müstəqilliyinə həsr etdiyini deyib. Onunyürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində AzərbaycanlaGürcüstan arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu,orada yaşayan soydaşlarımıza diqqət və qayğının artdığını söyləyib.Prezident İlham Əliyevin Azərbaycan və Gürcüstan arasındakı dostluqvə strateji tərəfdaşlıq münasibətlərini bu gün də uğurla davametdirdiyini bildirib. Azərbaycan xalqının Ümummilli Lideri HeydərƏliyevin müasir dünya tarixinə parlaq və silinməz iz qoyan böyükşəxsiyyət, fitri istedad sahibi, müdrik dövlət xadimi kimidüşdüyünü diqqətə çatdırıb.

Müxtəlif
Müxtəlif
Müxtəlif
Müxtəlif
Müxtəlif
Seçilən
70
3
az.trend.az

4Mənbələr