Qazaxıstan silah istehsalında NATO standartlarına keçir: Rusiyanın hərbi sənayesindən imtina
Ölkədə 1 milyard dollarlıq 4 yeni zavod tikiləcək, Rusiya tərəfi bunu “dost olmayan addım” sayır.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Qazaxıstan silah istehsalında NATO standartlarına keçir və Rusiyanın hərbi-sənaye kompleksindən imtina edir.
Ölkədə artilleriya, mina və sursat istehsalı üzrə dörd zavodun tikilməsi planlaşdırılır. Bu müəssisələr ilk dəfə olaraq birbaşa NATO standartlarına uyğun fəaliyyət göstərəcək.
Layihənin ümumi dəyəri 1 milyard dollar təşkil edir. İlk zavod olan “ASPAN-1″in inşası artıq başlayıb və müəssisənin 2027-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov Qazaxıstanın bu qərarını sərt tənqid edərək, bunu “dost olmayan addım” adlandırıb. Onun fikrincə, Rusiya silahlarından imtina Astananın rus dilindən və kiril əlifbasından imtina etməsi ilə müqayisə oluna biləcək genişmiqyaslı siyasətinin bir hissəsidir.
Xuraman Etibarlı
İnterpress.az