AZ

“Mercedes”də ŞOK AYRILIQ – Baş dizayner İSTEFA VERDİ

“Mercedes-Benz”in baş dizayneri şirkəti tərk edir.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Əfsanəvi modellərin yaradıcısı Qorden Vaqener istefa verir, xələfi hələ məlum deyil.

Məlumata görə, “Mercedes-Benz”in baş dizayneri Qorden Vaqener şirkətdəki 28 illik fəaliyyətindən sonra vəzifəsindən ayrılır.

O, “SLR McLaren”, “AMG One”, “AMG GT” və “S-Class W222” kimi bir çox məşhur və kult modellərin yaradıcısı kimi tanınır.

Tanınmış dizaynerin yerinə kimin təyin olunacağı və Vaqenerin gələcək planları barədə hələlik heç bir məlumat verilmir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
78
interpress.az

1Mənbələr