AZ

Böyük Britaniyada Erasmus proqramına qayıdış siyasi müzakirələrə səbəbOLDU

Böyük Britaniya hökuməti ölkənin Avropa İttifaqının Erasmus+ tələbə mübadilə proqramına yenidən qoşulmasının vacibliyini bəyan edib. Hökumət nümayəndələri bildiriblər ki, proqram üçün ayrılan 570 milyon funt sterlinq ölkəyə uzunmüddətli iqtisadi və sosial fayda gətirəcək.

Redaktor.az xəbər verir ki, məsələ parlamentdə ciddi siyasi müzakirələr doğurub.

Müxalifət bu vəsaitin daxili təhsil və səhiyyə sahələrinə yönəldilməsinin daha məqsədəuyğun olduğunu iddia edir. Hakim dairələr isə Erasmus-un gənclərin beynəlxalq təcrübə qazanması, təhsil keyfiyyətinin yüksəldilməsi və Britaniyanın Avropa ilə əlaqələrinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıdığını vurğulayırlar.

Eyni zamanda, hökumət Ukraynaya humanitar və hərbi dəstək, miqrasiya siyasəti və səhiyyə sahəsində davam edən həkim etirazları fonunda artan ictimai təzyiqlərlə də üz-üzədir. Analitiklər hesab edirlər ki, Erasmus məsələsi Böyük Britaniyanın Brexit sonrası Avropa ilə münasibətlərində yeni siyasi xəttin formalaşdığını göstərir.

Xədicə BAXIŞLI 

Seçilən
33
1
redaktor.az

2Mənbələr