Fransada Lill şəhərinin meri korrupsiya ittihamları səbəbindən vəzifəsindən uzaqlaşdırılıb
Fransada Lill şəhərinin meri Damien Kastelain korrupsiyada ittiham olunaraq vəzifəsindən uzaqlaşdırılıb. “France Bleu” qəzetinin məlumatına görə, Douai Apelyasiya Məhkəməsi mer Kastelaini mənimsəmə və etibardan sui-istifadədə təqsirli bilib və ona 18 ay şərti həbs cəzası və 20.000 avro cərimə kəsib.
Məhkəmə, 2014-cü ildən bəri mer vəzifəsini tutan mer Kastelainə iki illik siyasi qadağa tətbiq edərək, hökmün dərhal icrasına başlayıb.
Lill Böyükşəhər Bələdiyyəsinin yazılı açıqlamasında bildirilir ki, Kastelainin rəsmi olaraq vəzifəsindən kənarlaşdırıldığı tarixdən etibarən mer müavini Erik Skironka müvəqqəti olaraq mer vəzifəsini icra edəcək.
aia.az
Tərcümə şöbəsi