AZ

Ərdoğan Putinlə razılaşmağa ÇALIŞIR: S-400-lər geri qaytarıla BİLƏR

Türkiyə Rusiyaya S-400-ləri qaytarmaq istəyir.

İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Ərdoğan bu məsələni Putinlə müzakirə edib, Ankara ödənilən vəsaiti geri tələb edir.

Məlumata görə, Türkiyə təxminən on il əvvəl aldığı S-400 hava hücumundan müdafiə sistemlərini Rusiyaya qaytarmağa çalışır.

Bunun əsas məqsədi ABŞ ilə münasibətləri bərpa etmək və F-35 qırıcı proqramına yenidən qayıtmaqdır.

Bildirilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə Rusiya lideri Vladimir Putinlə görüşü zamanı bu məsələni müzakirəyə çıxarıb.

Ankara həmçinin sözügedən sistem üçün ödədiyi vəsaitin geri qaytarılmasına çalışır.

Qeyd olunur ki, kompensasiyanın enerji resurslarının tədarükü yolu ilə həyata keçirilməsi ehtimalı da nəzərdən keçirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
78
interpress.az

1Mənbələr