AZ

ADNSU da iki gün davam edən NASCO XXVIII başa çatıb: konfransa 600 dən artıq məqalə qəbul olunub

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 17 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı (NASCO XXVIII) başa çatıb.

AZƏRTAC xəbər verir ki, Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və ADNSU-nun birgə təşkilatçılığı ilə keçirilən konfransda dövlət rəsmiləri, yerli və xarici qonaqlar, tanınmış elm xadimləri, ali təhsil müəssisələrinin rektorları, professor-müəllim heyəti, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.

Dekabrın 16-da elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə konfransın açılış mərasimi keçirilib. Konfrans elm və təhsil sahəsində mühüm əməkdaşlıq əlaqələrinin qurulması, elmi müzakirələrin aparılması, tədqiqatçı-alimlərin bir araya gəlməsi, elmi məruzə və dinləmələrlə yadda qalıb.

Tədbir çərçivəsində ADNSU ilə ölkənin bir sıra aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan memorandumlar imzalanıb. Universitetin qonağı olan ali təhsil müəssisələrinin rəhbərləri, eyni zamanda, ADNSU-nun maddi-texniki bazası ilə tanış olublar.

İki gün davam edən konfrans panel sessiyaları və bölmə iclasları ilə işini davam etdirib. Konfrans çərçivəsində iki panel sessiyası keçirilib, “Elm əsaslı innovasiya” və “Akademik Yusif Məmmədəliyevin ölməz irsi və müasir kimyanın perspektivləri” mövzularında müzakirələr aparılıb.

Bölmə iclasları ilə davam edən konfransda beş elmi istiqamət üzrə - təbiət elmləri, mühəndislik, riyaziyyat və İKT, sosial və humanitar elmlər, həmçinin ictimai elmlər üzrə plenar iclaslar təşkil olunub. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı ümumi göstəricilər üzrə 609 iştirakçı ilə lider mövqedədir. Konfransa 600-dən artıq elmi məqalə qəbul olunub. Tədbirə Azərbaycandan 61, xarici ölkələrdən isə 11 ali təhsil müəssisəsi və elmi-tədqiqat institutunu təmsil edən doktorant və gənc tədqiqatçıların tezisləri daxil olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
115
2
azertag.az

3Mənbələr