Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Avropa liderləri bu həftə Brüsseldə keçiriləcək sammitdə Ukrayna üçün maliyyələşdirmə ilə bağlı qərar qəbul etməlidirlər.
Reyting.az xəbər verir ki, bunu Avropa Parlamentində çıxış edən Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Leyen deyib.
Komissiya rəhbəri qeyd edib ki, Ukraynanın 2026 və 2027-ci illər üçün ehtiyacları təxminən 137 milyard avrodur.
Onun sözlərinə görə, Avropa üçdə ikisini və ya 90 milyard avronu ödəməlidir.
“Avropa öz təhlükəsizliyi üçün məsuliyyət daşımalıdır. Biz hazır olmalıyıq. Və Ukraynanın müdafiəsini dəstəkləməkdən daha vacib Avropa müdafiəsi aktı yoxdur. Növbəti günlər həlledici olacaq”, - deyə xanım siyasətçi vurğulayıb.
Komissiya rəhbəri Kiyevə maliyyə dəstəyi göstərmək üçün iki fərqli variant təklif etdiyini xatırladıb: dondurulmuş Rusiya aktivləri ilə təmin edilmiş təzminat krediti və Avropa İttifaqının birgə borclanması.
“Hansı yolu seçmək istədiyimizə qərar verməliyik. Amma bir şey aydındır: Avropa Şurasında Ukraynanın növbəti iki il üçün maliyyələşdirilməsi barədə qərar qəbul etməliyik”, - deyə Ursula fon der Leyen yekunlaşdırıb.
E. KAMAL
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.