Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Azərbaycan bu yaxınlarda mühüm bir qərar qəbul etdi. Çağırış üçün yuxarı yaş həddi 30 yaşa endirildi. Bu göstərici hələ də kifayət qədər yüksəkdir. Əgər sülh müqaviləsi bağlanarsa, çağırış yaş həddinin daha da aşağı salınması məqsədəuyğun olar. Lakin görünür ki, hazırkı mərhələdə buna müəyyən zərurət var".Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Rövşən Məhərrəmov deyib.O bildirib ki, bu baxımdan Türkiyə təcrübəsini də xatırlatmaq olar:"Türkiyədə hərbi xidmət müddəti azaldılıb və artıq əvvəlki kimi uzunmüddətli deyil.
Azərbaycanda da gələcəkdə belə bir zərurətin yaranacağı istisna edilmir. Əgər ölkə peşəkar ordu modelinə keçidi genişləndirərsə, müddətdən artıq xidmət edən hərbçilərin ştat strukturu gücləndirilərsə və regionda davamlı sülh təmin olunarsa, hərbi xidmət müddətinin azaldılması qaçılmaz olacaq".Ekspert deyib ki, bu cəmiyyət tərəfindən müsbət qarşılanacaq bir addım olar:"Çağırış yaş həddinin aşağı salınması və xidmət müddətinin qısaldılması xüsusilə sülh şəraitində məntiqli və məqsədəuyğun qərar kimi qiymətləndirilə bilər. Belə bir addımın gələcəkdə atılması müsbət hal olardı".Qeyd edək ki, Ermənistanda həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.