AZ

Məşhur reperə cinayət işi AÇILDI – 7 il həbs GÖZLƏNİLİR

Reper Quf “iPhone 14 Pro” oğurluğuna görə 7 il həbs oluna bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məşhur musiqiçi zərərçəkəni döyərək telefonunu əlindən alıb, cinayət işi məhkəməyə göndərilib.

Məlumata görə, reper Quf (Aleksey Dolmatov) və Saruxanyan Q. adlı erməni qabaqcadan əlbir olan bir qrup şəxs halında, zor tətbiq etməklə və hədə-qorxu gəlməklə soyğunçuluq törətməkdə ittiham olunurlar.

Hadisə ötən ilin oktyabrında baş verib. Hamamda yaranan münaqişə zamanı onlar zərərçəkənin “iPhone 14 Pro” markalı mobil telefonunu ələ keçiriblər.

Bildirilir ki, münaqişə əsnasında Quf zərərçəkənin üz nahiyəsinə ən azı iki dəfə zərbə endirib.

Cinayət işi artıq məhkəməyə daxil olub. Hazırda musiqiçi barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Reperi 7 ilə qədər həbs cəzası gözləyir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
46
interpress.az

1Mənbələr