Bakı. Trend:
"Atletiko"nun hücumçusu Antuan Qrizmann karyerasını TürkiyəSuper Liqasında davam etdirə bilər.
Trend TürkiyəKİV-ə istinadən xəbər verir ki, "Qalatasaray" fransalı futbolçunutransfer etmək istəyir.
İstanbul nəhəngi yayda heyətinə qata bilmədiyi Qrizmann üçünyanvarda yenidən hərəkətə keçəcək. "Sarı-qırmızılar" 34 yaşlıforvarda 2+1 illik müqavilə təklif etməyi planlaşdırır.
Qeyd edək ki, Antuan Qrizmann bu mövsüm "Atletiko"nun heyətindəkeçirdiyi 26 oyunda 7 qol vurub, 1 qol ötürməsi edib. Onun Madridklubu ilə müqaviləsi 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdətutulub.