AZ

İran İsrailin sabiq baş nazirinin mobil telefonunu ələ keçirdi

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

İranlı “Handala” haker qrupu İsrailin keçmiş baş naziri Naftali Bennetin mobil telefonuna daxil olduğunu iddia edib.

Globalinfo.az xəbər verir ki, bu barədə vesty.co.il məlumat yayıb.

Haker qrupunun açıqlamasına görə, onlar Bennetə məxsus “iPhone 13” mobil telefonuna giriş əldə edə biliblər. Yayılmış bəyanatda İsrailin özünü qlobal kiber təhlükəsizlik nümunəsi kimi təqdim etdiyini xatırladan hakerlər, buna baxmayaraq cihazın müdafiəsinin zəif olduğunu bildiriblər.

“Bütün dünyaya kiber təhlükəsizlik nümunəsi olduğunuzla fəxr edirdiniz. Lakin sizin “iPhone 13” cihazınız bizim əlimizə keçdi”, – deyə bəyanatda qeyd olunub.

Naftali Bennetin ofisi yayılan məlumatlara münasibət bildirərək, insidentin müvafiq təhlükəsizlik və kiber təhlükəsizlik qurumları tərəfindən araşdırıldığını açıqlayıb. Həmçinin vurğulanıb ki, sözügedən mobil telefon hazırda istifadə olunmur.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
149
globalinfo.az

1Mənbələr