AZ

2027-ci il U-20 Dünya Çempionatı: Azərbaycanın beynəlxalq idman nüfuzu və Azərbaycan–Özbəkistan tərəfdaşlığının yeni mərhələsi - ŞƏRH

Bakı.Trend:

Azərbaycan və Özbəkistanın birgə keçirdiyi tədbir əslindəkifayət qədər böyük addımdır. Çünki məsələ təkcə idman hadisəsiolmaqdan ibarət deyil, eyni zamanda iki qardaş ölkə arasında mövcudolan dərin münasibətlərin təzahürüdür.

Bunu Trend-əaçıqlamasında siyasi şərhçi Əziz Əlibəyli 20 yaşınadək kişilərarasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycan vəÖzbəkistanda keçirilməsi mövzusunu şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan–Özbəkistan strateji müttəfiqdir vəqarşılıqlı etimadın detalları da məhz bu cür addımlarla üzəçıxır.

“Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev vəÖzbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış səmimivə dərin münasibətlər var. Bunun idman sahəsində təzahür etməsi dəolduqca mühüm məqamdır. Yeri gəlmişkən, hər iki ölkə hazırdaregional və beynəlxalq münasibətlər sistemində çox fəalaktorlardır, idman da yumşaq gücün bir təzahürü kimi ölkələrəkifayət qədər pozitiv dividentlər qazandırır”.

Siyasi şərhçi qeyd edib ki, bununla yanaşı, Azərbaycanın beləbir qlobal tədbirə ev sahibliyi etməsi, yüksək səviyyədə mötəbərturnir üçün Bakının hazır olması, müvafiq infrastrukturunformalaşması ölkəmizin beynəlxalq təşkilatların və beynəlxalqtədbirlərin keçirilməsində böyük təcrübəyə malik olduğunu dagöstərir.

“Qeyd etmək lazımdır ki, Azərbaycanda gənc nəslin tərbiyəsiməsələsi də hazırkı dövrdə olduqca önəmli mərhələyə çatıb. Ənazından qlobal dünyada baş verən kataklizmlər fonunda bir çoxsistemlər pozulub. Amma əgər bu sistemlərdən biri müstəsna hal kimiqlobal idman sahəsində qorunub saxlanılırsa, həmin idman hadisəsiniAzərbaycan gəncliyinə təqdim etmək və ya Azərbaycan gəncliyini buqlobal idman tərbiyəsi mühitinə çıxarmaq, hazırda dünyada davamedən müharibələrə və qarşıdurmalara ən yaxşı alternativlərdən biriola bilər. Söhbət ondan gedir ki, idmanın əsas ideologiyasısağlamlığı, ədalətli rəqabəti və münaqişələrdən kənar inkişafıtəşviq edən dəyərləri gələcək nəsillərə aşılamaqdır”.

Siyasi şərhçi Şəhla Cəlilzadə mövzuyla bağlı Trend-ə açıqlamasındabildirib ki, Azərbaycanın beynəlxalq tədbirlər diplomatiyası yumşaqgüc siyasəti olaraq dəyərləndirilə bilər. Azərbaycan dünyasiyasətində gedərək daha böyük nüfuz qazandıqca ölkəmizdə keçiriləntədbirlərin mahiyyəti də bir o qədər böyüyür.

“Bu tədbirlər milli maraqlar kontekstində ölkəmizin imicinə vəhədəflərinə xidmət edir. Məsələn, təkcə 2024-cü ildə Azərbaycan 79beynəlxalq idman tədbirinə ev sahibliyi edib. Təsadüfi deyil ki,2026-cı ildə COP tədbirinin Türkiyədə keçirilməsinə məhzAzərbaycanın diplomatik dəstəyi ilə nail olunub. HəmçininAzərbaycan və Özbəkistanın 2027-ci ildə 25-ci U-20 dünyaçempionatına birgə ev sahibliyi etməsi bir neçə aspektdəndəyərləndirilə bilər. Bu, ilk növbədə iki ölkə arasında dostluq,qardaşlıq, müttəfiqlik münasibətlərindən irəli gələrək, ən yüksəksəviyyəli mədəni tədbirlərin birgə keçirilməsinə nümunə təşkiledəcək”.

O bildirib ki, 2021-ci ilin 15 iyununda Şuşada bəyan olunanTürkiyə-Azərbaycan müttəfiqliyi və strateji tərəfdaşlığınümunəsində, cənab Prezident İlham Əliyevin Özbəkistana etdiyisəfər çərçivəsində 23 avqust 2024-cü il tarixində imzalananikitərəfli saziş müttəfiqliyin ali təsdiqi olaraq tarixə düşdü.İkinci məqam isə, Türk Dünyasında inteqrasiyanın dərinləşməsi iləəlaqədardır:

“Qardaş xalqlar arasında dostluğun və sıx əməkdaşlığınmöhkəmlənməsinə və inkişafına xidmət edən bütün inisiativlərolduqca yüksək rəğbətə və dəyərə malikdir. Bu mühüm missiyanındaşıyıcısı olaraq Prezident İlham Əliyevin xarici siyasət kursuTürk dövlətlərinin təşkilatlanmasında aparıcı istiqamət, lokomotivtəşkil edir. Özbəkistanın TDT-yə üzvlüyü elə məhz Bakıda, 2018-ciildə reallaşanda bu, Azərbaycanın Özbəkistana münasibətinin yenikeyfiyyət mərhələsinə keçid etdiyini göstərirdi. Prezident İlhamƏliyev və Prezident Şavkat Mirziyoyevin 2024-cü ildəki görüşündə2025-ci il “Özbəkistan-Azərbaycan iqtisadi kooperasiyası ili” elanedilməsi, Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizi layihəsininmünasibətlərin inkişafında xüsusi rol oynayacağının vurğulanması,bir daha təsdiq edir ki, "Türk Dünyası 2040" vizyonundan irəligələrək münasibətlər bütün istiqamətlər üzrə dərinləşdirilir”.

Siyasi şərhçi vurğulayıb ki, Özbəkistanla Azərbaycan arasındaiqtisadi münasibətlərin inkişafı, ticarət dövriyyəsinin ən azı 5dəfə artırılması hədəflənir.

“Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən1992-ci ildə Azərbaycanın Özbəkistandan idxalı cəmi 6,7 milyondollar, ixracı isə cəmi 8,7 milyon dollar idisə, 2022-ci ildə burəqəmlər müvafiq olaraq 136,9 milyon dollar və 46,5 milyon dollarolub. Aydın olduğu kimi, 30 ildə Azərbaycanın Özbəkistandan idxalı20 dəfə, Özbəkistana ixracı isə 5 dəfə artıb. Hazırda qarşıyaqoyulan məqsəd ticarət dövriyyəsini ən az 5 dəfə artırmaqdır.Burada Azərbaycanın Özbəkistanla ticarətində mənfi saldo, yəniidxalın ixracdan çox olması nəzərə alınaraq, yeni formatda ticarətiəlaqələrin təşkili faydalı olardı. Xüsusilə energetika, turizm,maşınqayırma kimi sahələrdə birgə əməkdaşlıq iqtisadi əlaqələridaha da inkişaf etdirməyə hesablanıb. Burada iki ölkənin iqtisadisubyektləri arasında azad ticarət imkanlarının genişləndirilməsi,həmçinin Özbəksitanın strateji sahələrində Azərbaycanın yatırımimkanlarının artırılması xüsusi əhəmiyyət daşıyır. Məsələn, Fərqanəvadisinin özbəklərə aid hissəsi neft, kömür, təbii qaz, dəmir,civə, gümüş və digər təbii sərvətlərlə zəngindir və bu işdə birgəəməkdaşlıq imkanları yaradıla bilər”.

Ş.Cəlilzadə bildirib ki, Azərbaycan və Özbəkistan xalqlarınıbirləşdirən bir çox oxşarlıqlar var ki, onlardan biri dəermənilərin mənfur soyqırım siyasətinin qurbanı olmalarıdır.Fərqanə hadisələrində özbəklərə qarşı törədilən soyqırımda (35 minəyaxın özbək öldürülmüşdü) birbaşa olaraq Daşnaksütyunun əli varidi:

Özbəkistan bütün beynəlxalq siyasi platformalarda ölkəmizin haqqişinə dəstək verib. Azərbaycan da hər zaman xalq və dövlət olaraqÖzbəkistanın yanında olub. 1966-cı ildə paytaxt Daşkənddə baş verənzəlzələdə ilk yardım edən ölkələrdən biri Azərbaycan idi. Buzəlzələdən sonra 262 özbək ailəsi Azərbaycanda müvəqqəti məskəntapmış, 1200 daşkəndli uşaq üçün düşərgə təsis olunmuş, AzərbaycanDaşkəndin yenidən qurulmasında iştirak etmişdi. Bu gün isəÖzbəkistan Qarabağın bərpası və yenidən qurulmasında iştirak edir.Prezident İlham Əliyevin də vurğuladığı kimi, Özbəkistan Qarabağbölgəsinin yenidən qurulmasına dəstək göstərmək təşəbbüsünü irəlisürən ilk ölkədir. Buna görə o, Özbəkistan Prezidenti ŞavkatMirziyoyevə xüsusi təşəkkürünü ifadə etmişdir. Füzulidə MirzəUluqbəy adına məktəbin 2023-cü ildə açılışı iki ölkə arasındaqardaşlıq əlaqələrinin ən bariz nümunəsidir.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycanın Özbəkistanlamünasibətləri bütün istiqamətlər üzrə dərinləşdirməsi TürkDünyasını birləşdirən halqalardan birinin daha möhkəmlənməsideməkdir.

“Artıq Cənubi Qafqaz, Xəzər dənizi və Mərkəzi Asiya vahidgeosiyasi regiona çevrilməkdədir və bu regionu əhatə edən proseslərburada yerləşən dövlətlərin bir-biri ilə daha sıx əməkdaşlığı vədostluğu, bir-biri ilə çiyin-çiyinə addımlaması zəminində hər biriüçün faydaya çevriləcəkdir”,- deyə o əlavə edib.

Seçilən
106
1
az.trend.az

2Mənbələr