AZ

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir

Bakı. Trend:

Dekabrın 17-də Bakı şəhərində 17-ci Azərbaycan-Türkiyə YüksəkSəviyyəli Hərbi Dialoq İclası öz işinə başlayıb.

Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

İclas çərçivəsində Azərbaycan Respublikası müdafiə nazirininmüavini - Baş direktor cənab Aqil Qurbanov Türkiyə SilahlıQüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı LeventErgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş direktor cənab A.Qurbanov Azərbaycan və Türkiyə arasındabütün sahələrdə, o cümlədən hərbi sahədə əlaqələrin yüksəksəviyyədə olduğunu qeyd edib və bu əməkdaşlığın daha dagenişləndirilməsinin hər iki tərəf üçün əhəmiyyətini diqqətəçatdırıb.

Keçirilən görüşlərin və icra olunan birgə fəaliyyətlərin bundansonra da intensivləşəcəyini bildirən ordu generalı L.Ergünqarşılıqlı təcrübə mübadiləsinin hər iki ordu üçün səmərəliolacağını qeyd edib.
Görüşdə Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq sahəsindəkicari fəaliyyət mexanizmləri barədə geniş müzakirələr aparılıb.

Hərbi Dialoq İclasının növbəti mərhələsində Alt İşçi Qruplarıtərəfindən ikitərəfli hərbi əlaqələrin cari vəziyyəti təhliledilərək, perspektivdə duran vəzifələrin yerinə yetirilməsi üçünəsas fəaliyyət istiqamətləri haqqında fikir mübadilələriaparılıb.

Dekabrın 19-dək davam edəcək 17-ci Yüksək Səviyyəli Hərbi Dialoqİclası çərçivəsində Alt İşçi Qrupların Beynəlxalq Hərbi Əməkdaşlıqİdarəsində və Milli Müdafiə Universitetində görüşlərikeçiriləcək.

Məqalədə:
Seçilən
29
25
az.trend.az

10Mənbələr