Rusiyada tələbə “iki” aldığı üçün müəlliminin boynunu qələmlə deşmək istəyib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. İmtahandan kəsilən 18 yaşlı gənc 61 yaşlı pedaqoqa hücum çəkib.
Hadisə Rusiyanın Yelets şəhərindəki universitetdə qeydə alınıb. Rus dili imtahanında boş vərəq təhvil verən və buna görə “iki” qiyməti alan 18 yaşlı tələbə ilə 61 yaşlı müəllim arasında mübahisə yaranıb.
Qəzəblənən tələbə qadını boğmağa başlayıb və qələmlə onun boynunu deşməyə cəhd göstərib.
Hadisə yerinə gələn tələbə yoldaşları hücum edən şəxsi kənarlaşdıraraq müəllimi xilas ediblər.
Pedaqoq polisə şikayət ərizəsi yazıb, faktla bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az