AZ

Türkiyədən vətəndaşlarına Fransaya səyahətlə bağlı XƏBƏRDARLIQ

Türkiyənin Strasburqdakı Baş Konsulluğu Fransaya səyahət edən Türkiyə vətəndaşlarına səyahət xəbərdarlığı edib.
 
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin Strasburqdakı Baş Konsulluğu, ABŞ-də yerləşən "X" şirkətinin sosial media platformasında dərc olunmuş açıqlamada turizm məqsədilə Fransaya səyahət edən Türkiyə vətəndaşlarına xəbərdarlıq edib.

Bəyanatda Türkiyə vətəndaşlarına pasportlarının surətlərini daşımaları, izdihamlı yerlərdə cibgirlərdən ehtiyatlı olmaları və həddindən artıq miqdarda nağd pul gəzdirməmələri tövsiyə edilib. Ziyarətçilərə həmçinin kredit kartları ilə təmassız və onlayn alış-verişi deaktiv etmələri barədə xəbərdarlıq edilib.

Bəyanatda həmçinin qeyd olunub ki, fövqəladə hallarda Baş Konsulluq və ya Konsulluq Çağrı Mərkəzi ilə əlaqə saxlamaları tövsiyə olunub.
 
 

Seçilən
110
7news.az

1Mənbələr