AZ

BDU rektoru Çində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb - FOTOLAR

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Çinin Hefei şəhərinə səfəri çərçivəsində Anhui Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

QHT.az xəbər verir ki, görüşdə tələbələrin beynəlxalq təhsil təcrübələri, elmi və sosial fəaliyyəti, eləcə də gələcək karyera perspektivləri müzakirə olunub. Hazırda bir qrup BDU tələbəsi üçtərəfli müqavilə əsasında həyata keçirilən “Beynəlxalq Çin dili təhsili” birgə bakalavr proqramı çərçivəsində ikili diplom üzrə Anhui Universitetində təhsil alır. Proqram üzrə tələbələr ilk iki ili BDU-da, son iki ili isə Anhui Universitetində oxuyaraq akademik bilik və praktik bacarıqlarını genişləndirirlər.

Rektor Elçin Babayev tələbələrin uğurlarını yüksək qiymətləndirib, Anhui Universitetinin Beynəlxalq Təhsil Məktəbinin rəhbərliyi isə onlara göstərilən dəstəyin davamlı olduğunu vurğulayıb.

Seçilən
95
qht.az

1Mənbələr