AZ

Namiq Zeynalov: Azərbaycanda aqrar sektorun inkişafı üçün münbit şərait yaradılıb

Bakı, 17 dekabr noyabr, AZƏRTAC

Azərbaycanda aqrar sektorun inkişafı üçün münbit şərait yaradılıb. Fermer təsərrüfatlarına güzəştli kreditlər təqdim olunur ki, bu sahə inkişaf etsin. Hazırda Azərbaycanda 12 minə yaxın fermer-sahibkar aktiv olaraq Biznesin İnkişafı Fondunun vəsaitindən istifadə edir.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Azərbaycan Biznesinin İnkişafı Fondunun müşaviri Namiq Zeynalov deyib.

O bildirib ki, kredit alan fermerlər əsasən heyvandarlıq və əkinçiliklə məşğul olurlar.

“Onlar yerli bazarla yanaşı, xarici bazarlara da məhsul ixrac edirlər. Ümumilikdə 350 milyon manata yaxın vəsait kənd təsərrüfatına aid olan sahələrdə fermerlər və sahibkarlar tərəfindən istifadə olunur. Cari ilin statistikasına əsasən artıq ölkə üzrə 5 min 960 layihənin ümumi maliyyələşməsi aparılıb və bura 346 milyon manat ümumi vəsait cəlb olunub. Qarşıya böyük məqsədlər qoyulub və hədəflərə çatmaq üçün fermerlərə, fərdi təsərrüfat sahiblərinə dəstəyi davam etdirmək niyyətindəyik. Maliyyə dəstəyi ilə yanaşı, onlara yeni texnologiyaların tətbiqi və bunun səmərəliliyi də öyrədilir. İnnovasiya və innovativ biznes festivallarının regionlarda keçirilməsi, tədbirlərdə xarici qonaqların, mütəxəssislərin, iş adamları və biznes strukturlarının nümayəndələrinin iştirakı əlaqələrin yaranmasına və biznesin inkişafına təkan verir”, - deyə Biznesin İnkişafı Fondunun müşaviri vurğulayıb.

Seçilən
106
1
azertag.az

2Mənbələr