AZ

Fransada hakerlər Daxili İşlər Nazirliyinin sistemlərinə hücum edib

Ajans.az Figaro-ya istinadən xəbər verir ki, BreachForums adlı cinayətkar forumunda yayımlanan bəyanata görə, hakerlər yalnız hökumətin elektron poçt serverlərinə girməyib, həm də polis reyestrləri və digər həssas məlumatlara daxil olub. Hücumun arxasında duran haker qrupu, 16.4 milyon nəfərin şəxsi məlumatlarını oğurlayıb. Fransız mətbuatına görə, hakerlər, "İndra" təxəllüsü ilə tanınan istifadəçi tərəfindən, Daxili İşlər Nazirliyinin axtarışda olan şəxslərin siyahısına, cinayətkarlar, zərərçəkənlər və şahidlər haqqında məlumatları ehtiva edən cinayət qeydləri bazasına daxil olub. Qəzet həmçinin, İnterpolun rabitə sisteminə, Dövlət Maliyyəsi Baş İdarəsinə və Milli Yaşlılar Təhlükəsizliyi Fonduna da təsir olunduğunu iddia edib. Adı açıqlanmayan istifadəçi həmçinin, kiberhücumun məşhur "Shiny Hunters" haker qrupunun demək olar ki, bütün üzvlərinin həbsinə qarşı qisas olduğunu bildirib. Hakerlər, hökumətə əlaqə saxlamaq və danışıqlara başlamaq üçün bir həftə vaxt veriblər, əks halda oğurlanmış məlumatların açıqlanacağı ilə hədələyiblər.

 

Seçilən
82
Ajans.az

1Mənbələr