AZ

Yük avtomobilləri üçün ayrıca zolaqların olması təhlükəsizliyə necə təsir edə bilər?

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 17 dekabr, AZƏRTAC

Yük avtomobilləri üçün ayrıca zolaq və marşrutların yaradılması ağır nəqliyyat vasitələrinin digər avtomobillərlə toqquşma riskini azaldar. Bu, xüsusilə pik saatlarda nəqliyyat axınının daha nizamlı və təhlükəsiz təşkilinə imkan verər. Bundan əlavə, yük avtomobillərinin yaşayış məntəqələrindən kənar yönləndirilməsi piyadalar və ictimai nəqliyyat üçün daha təhlükəsiz mühit yaradar.

Bu barədə AZƏRTAC-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov məlumat verib.

O bildirib ki, Azərbaycanda yük avtomobilləri üçün ayrıca hərəkət zolaqları hələ ki tətbiq olunmayıb, lakin paytaxtda yük nəqliyyatının hərəkətini qismən tənzimləyən alternativ marşrut yolları mövcuddur.

“Bu marşrutlar Binəqədi rayonundan başlayaraq Baksol ərazisindən keçməklə Ziya Bünyadov prospektinə çıxır və faktiki olaraq Bakının böyük bir hissəsini əhatə edən həll yolu funksiyasını yerinə yetirir. Hazırda yük avtomobilləri üçün ayrıca zolaq olmasa da, müəyyən marşrutların mövcudluğu onların şəhərdaxili hərəkətini qismən asanlaşdırır. Gələcəkdə yük nəqliyyatı üçün xüsusi zolaq və ya marşrutların genişləndirilməsi şəhər daxilində nəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərə bilər. Bu yanaşma eyni zamanda logistika və sənaye mərkəzlərinə giriş-çıxışın daha effektiv təşkilinə imkan yaradacaq. Nəticədə həm ümumi yol təhlükəsizliyi artar, həm də paytaxtda nəqliyyat axını daha balanslı şəkildə tənzimlənə bilər”, - deyə Aslan Əsədov vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
98
1
azertag.az

2Mənbələr